Son illərdə sosial mediadan istifadənin artması ilə yeni sözlər həyatımıza girməyə başlamışdır. Bu sözlərdən biri də stalkdır. Bəs stalk nədir?
SOSİAL MEDİANIN YENİ TERMİNİ: STALK
Bu günün yeni sevimli sözlərindən olan əslində bir çox insanın öz gündəlik həyatında istifadə etdiyi bir şeydir. Stalk sosial media platformasındakı kiminsə hansısa bir hesabı araşdırması, nəzarət etməsidir. Bəzi insanlar təsadüfən qarşılarına çıxdıqları hesabları stalklarkən, bəzi insanlar isə öz istədikləri şəxslərin hesablarını stalklayırlar.
STALKLAMAQ VƏ STALKER
Stalk edilməsinə stalklamaq, stalk edən şəxs isə stalker adlanır. Sosial medianın həyatımıza daxil olması ilə stalk kəliməsi daha çox işlənməyə başladı. İlk başlarda stalk ifadəsi Facebook`da daha məşhur olmasına baxmayaraq, indi İnstagramda daha çox istifadə olunur. Həyatın bütün təbəqələrindən olan insanların olduğu sosial mediada sevdiyiniz müğnniyə və ya aktyora çatmaq o qədər də çətin deyil. Məşhurların tez-tez istifadə etdiyi sosial mediada istədiyiniz məşhurun hesabını stalklamaq mümkündür.
SOSİAL MEDİADA ŞƏXSİ HƏYAT
Şəxsiyyət və məxfilik həyatımızın mühüm bir hissəsi olan sosial mediada ən mübahisəli məsələlərdənbiridir. İnsanlar özəl həyatı barədə məlumatlar paylaşdıqda, stalkerlər bu haqda daha ətraflı bilgilər əldə edirlər. Əvvəllər stalk adi bir hərəkət kimi başa düşülürdü. Lakin sonralar insanların sosial mediada problemlərlə qarşılaşması bu məfhumu daha fərqli etdi. Bu konteksdə insanların sosial media paylaşımlarına diqqət göstərməsi vacibdir.