Facebook texnologiya sektorunun zirvəsinə doğru addım-addım irəliləyir.
Sosial şəbəkə nəhəngi olmasıyla bərabər texnologiya istiqamətli firmaların arasında da yer tutan Facebook-un adını onsuzda son zamanlarda tez-tez müxtəlif layihələrlə eşidirik.
Bu mövzuda əhatəni genişləndirən Facebook mühəndislərin virtual reallıq, 360 dərəcə kamera, günəş enerjili drone və bənzəri yüksək texnologiyada cihazlar yaratması və test etməsi məqsədiylə yeni bir araşdırma laboratoriyası açdı. Area 404 olaraq adlandırılan bu nəhəng Ar-Ge laboratoriyasına qısa da olsa nəzər sala biləcəyimiz bir video yayımlandı.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .