Texnologiya.az "Technews.az"-a istinadən bildirir ki , Mesajlaşma tətbiqlərində istifadəçilərin təhlükəsizliyinin qorunması şirkətlərin önəm verdiyi mövzulardan biridir. “Facebook” da öz növbəsində istifadəçiləri qorumaq üçün “Messenger” tətbiqində yenilik etməyə hazırlaşır.
“iOSAppChanges” adlı “Twitter” hesabı tərəfindən yayımlanan şəkilə əsasən, göndərdiyimiz mesajlar öz-özünə silinəcək. Şəkildə iki xəbərdarlıq mesajı görürük: “Siz silinmə funksiyasını aktivləşdirmişsiniz. Bu söhbətdə göndərilən mesajlar 5 dəqiqə sonra silinir”. İki fərqli belə mesajın olması dəqiqəni ayarlamağın mümkün olduğunu göstərir.
Qeyd edək ki, yeni xüsusiyyətin “Messenger 68.0” və “iOS” əməliyyat sistemi istifadə edənlərdə görünməsi gözlənilir.