IP Sertifkatı nədir ?

Mobil telefonlarla maraqlanan hər bir kəsin eşitdiyi IP sertikatı nədir ? Və bizə nələri vəd edir? Əvvəla adının açılışı Ingress Protection olan sertifikat tərcümədə "Sızma Qoruması" mənasını verir. Hər bir cihazın IP dərəcəsi onun toza və suya nə qədər davamlı olduğunu göstərir. Məsələn, cıhazımızın IP dərəcəsi 67-dirsə onun toza dayanıqlılığı 6, suya dayanıqlılığı isə 7 kimi qiymətləndirilir. Toza dayanıqlılığı 6 olan cihaz hər cür toza və toz sızmasına qarşı dayanıqlıdır. Suya dayanıqlılığı 7 olan bir cihaz isə bizə 1 metr suda 30 dəqiqə işləyəcəyini vəd edir.
Günümüzdə IP 67 dərəcəsi olan ən məşhur mobil telefonlardan iPhone 7 və iPhone 7 Plus-ı misal göstərmək olar. Anroid modellərdə isə daha yaxşı sayılan IP 68 dərəcələndirilməsi istifadə edilməkdədir. Samsung A7 2017, Samsung Galaxy S7 Edge, Sony Xperia XZ bu dərəcəni istifadə edən modellərdəndir.