Stephen Hawking : Güclü bir süni zəkanın yüksəlişi insanlığın başına gələn ən yaxşı ya da ən pis şey ola bilər. Hansı olacağını bilmirik .

Məşhur fizikaçı Stephen Hawking süni zəkanın faydaları ilə yanaşı təhlükələrə də diqqət çəkdi. İngiltərədə Cambridge Universitetinin yeni Süni Zəka Araşdırma Mərkəzinin açılışında danışan məşhur fizikaçı Stephen Hawking : "Güclü bir süni zəkanın yüksəlişi insanlığın başına gələn ən yaxşı ya da ən pis şey ola bilər. Hansı olacağını bilmirik" dedi. Hawking sözlərini belə davam etdirdi: "Süni zəka yaratmaq risklərinin önünə keçə bilməsək.." "Süni zəka yaratmağın potensial faydaları olduqca çoxdur . Bu yeni texnologiya inqilabının ortaya qoyacağı vasitələr sayəsində sənayeləşmənin təbiətə verdiyi zərərin qarşısını ala biləcəyik. Eyni şəkildə xəstəliklər və yoxsulluğun sonunu gətirməyi də hədəfləyə biləcəyik. Həyatımızın hər sahəsində dəyişiklik olacaq. Qısacası , süni zəka yaratmaq mədəniyyət tarixinin ən böyük hadisəsi olaraq yaddaşlarda qala bilər. Ancaq risklərin önünə necə keçəcəyimizi öyrənməsək mədəniyyət tarixinin son hadisəsi də ola bilər. Süni zəka faydanın yanında təhlükələri də özü ilə gətirəcək. Güclü avtonom silahlar ya da bir qrupun sayca özlərindən daha çox olan bir kütləni təhkim altına ala biləcəyi yeni yollar kimi. " "Süni zəka öz iradəsini inkişaf etdirə bilər" Hawking sözlərini belə davam etdirdi: "Bioloji bir beyin və bir kompüterin edə biləcəkləri arasında böyük fərqliliklər olduğunu düşünmürəm. Bu səbəbdən kompüterlər -kağız üzərində - insan zəkasını təqlid edə bilər və insan zəkasının önünə keçə bilər. Süni zəka öz iradəsini inkişaf etdirə bilər. Bizimki ilə qarşıdurma içində olan bir iradə." Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .