Koronavirusun yayılması ilə gəlirlərini daha çox artıran şirkətlər

Virusun yayılması ilə milyardlar qazanan şirkətlərin siyahısı.

Koronavirusun yayılması səbəbi ilə dünyanın əksər şirkətləri maliyyə baxımından çətin bir dövrə qədəm qoydular. Əksər dövlətlər işsizliklə mübarizə və iflasın qarşısını almaq üçün çoxlu sayda yardım paketi təşkil etdilər. Bu xilasetmə cəhdlərinə baxmayaraq dünya iqtisadiyyatının 1930-cu illərdə yaşadığı Böyük Böhrandan daha da böyük bir iqtisadi böhrana girəcəyi gözlənilir. Ancaq koronavirusun yayılması hər sektora mənfi təsir göstərməmişdir. Bəzi şirkətlərin bundan yararlandığı görülür.

Jeff Bezos'un gəlirləri artdı
Koronavirusun yayılması səbəbindən onlayn alış-verişin artması ABŞ-da fəaliyyət göstərən Amazon səhmlərinin dəyərləndirilməsinə səbəb oldu.

Beləliklə, Amazon qurucusu Jeff Bezosun sərvəti 24 milyard dollar artdı.

Bloomberg Milyarderlər İndeksinə görə sərvəti 138 milyard dollara çatan Jeff Bezos dünyanın ən varlı insanı mövqeyini möhkəmləndirdi.

Başqa hansı şirkətlərin və sektorların yüksəlişə doğru getdiyinə nəzər salaq:

 

Pərakəndə və e-ticarət şirkətləri
ABŞ-dakı Amazon, Walmart və Costco kimi evlərə sifarişləri çatdıran şirkərlərin gəlirləri artmağa doğru gedir.

Elektron ticarətin bütövlükdə artacağını gözləyən Amerika bankı JPMorgan mövzu ilə əlaqədar hesabatında Amazon-un təkcə ən gəlirli şirkət deyil, həm də belə bir dövr üçün ən yaxşı əməliyyat imkanlarına sahib ən yaxşı mövqe tutan şirkət olduğunu bildirdi.

İsveçrədəki investisiya bankı UBS analitikləri Çində yerləşən Alibaba e-ticarət şirkəti, Amazon, Netflix, Alphabet və Facebook texnologiya şirkətlərinin gəlirlərinin artacağını gözləyirlər.

Birja mütəxəssisləri deyirlər ki, ev yeməklərini sifariş etmək üçün istifadə olunan Ocado, Just Eat Takeaway və Domino Pizza Group kimi şirkətlərə uzunmüddətli olaraq investorlar və istifadəçilər tərəfindən üstünlük veriləcəkdir.

Londonda yerləşən evlər üçün ərzaq tədarükü şirkəti olan Deliveroonun xidmət etdiyi ölkələrdə bu şirkətin xidmətlərinə tələbatın artdığı bildirilir

 

Təmizlik şirkətləri
Mütəxəssislərin fikrinə görə koronavirus epidemiyası ilə mübarizədə ən vacib tədbir gigiyenadır.

Əllərin tez-tez və ən azı 20 saniyə yuyulmalı olduğuna dair xəbərdarlıq edən mütəxəssislər səthlərlə, mallarla və alınan məhsullarla təmas barədə də xəbərdarlıq edirlər.

Buna görə epidemiya ilə əl sabunu, əl dezinfeksiyaedici, digər dezinfeksiyaedici və gigiyena məhsulları istehsalçılarının gəlirləri artmaqdadır.

Əksər xəbər qurumlarına görə, bunlar dünyanın supermarketlərində ən çox alınan məhsullar idi.

Bloomberg-in məlumatına görə ABŞ-dakı gigiyena avadanlığı istehsalçısı Clorox şirkətinin səhmləri fevral ayının sonunda artmağa başladı.

Clorox və əl təmizliyi istehsalçısı Purell şirkətlərinin spikerləri Vox xəbər saytına verdiyi açıqlamalarda şirkətlərinin istehsalını sürətləndirdiklərini təsdiq etdilər.

 

Texnologiya şirkətləri
Baş ofisi ABŞ-da yerləşən "Cisco Systems"-in sahibi olan Webex və  "Zoom Video Communications" şirkətlərinə tələbatın dəfələrlər artması bu şirkətlərin də gəlirlərində ciddi artımın olmasına səbəb oldu.

Kiber təhlükəsizlik şirkətləri Okta və Zscaler-in də bu dönəmdən gəlirli çıxacağı gözlənilir.

 

Əyləncə şirkətləri
İnternet film və TV izləmə platforması olan Netflix insanların epidemiya səbəbi ilə evdə daha çox vaxt keçirdikləri bu dövrdə inkişaf etməkdə olan şirkətlərindən biridir.

Netflix səhmləri bu ilin əvvəlindən 30 faizdən çox artmışdır.

Eyni zamanda, insanlar idmana və evdə idmana müraciət etdikləri üçün bu sahədə fəaliyyət göstərən şirkətlərə maraq artır.

Yahoo Finance-a görə evdə idman üçün alətlər istehsal edən Peloton şirkətinin səhmləri bahalaşmaqdadır.

Çin mərkəzli sosial media tətbiqi olan TikTok-un istifadəsi dünyada da artıb.

 

Oyun şirkətləri
İnsanlar evlərində daha çox vaxt keçirdikləri üçün oyun üçün xərcləri də artır.

ABŞ-da Activision Blizzard və Take-Two Interactive bu sahədə lider şirkətlərdir.

 

5G texnologiyası
Ölkələr daha çox 5G texnologiyasına keçdikcə evdən iş sürətlənəcək. Buna görə də bu sahədə xidmət göstərən şirkətlərin bu müddət ərzində daha çox qazanc əldə etmələri gözlənilir.

Qualcomm və Verizon Communications ABŞ-da bu sahədə qabaqcıl şirkətlərdir.

Mənbə:   hurriyet.com