Bir universitetin apardığı araşdırmalar sosial şəbəkələrdəki fotoşəkillərdən biometrik parametrlərin toplana biləcəyini göstərir.
Şəxsi təhlükəsizliyimizi təmin etmək üçün artıq smartfonlarımıza barmaq izimizi, hətta irisimizi skan edərək bizim şəxsiyyətimizi təsdiq edən əhəmiyyətli biometrik parametrləri rəqəmsal mühitdə paylaşırıq. Üstəlik barmaq izimiz ya da irisimiz dəyişdirə biləcəyimiz bir şey olmadığı üçün bunları bir növ kopyalamaqla biz pis niyyətli insanların oyuncağı ola bilərik. Ancaq, yenə də indiki dövrdə istehsalçılara bu mövzuda istehlakçılar olaraq etibar etməkdən başqa çarə yoxdur.
Biz barmaq izimizi telefonumuza tanıdarkən etibar etsək də, son dövrdə aparılan bir araşdırma əslində ən kiçik detalın belə bizim biometrik parametrlərimizi tanıya biləcəyini göstərir.
Bir universitetin apardığı araşdırmaya görə məşhur sosial şəbəkələrdəki fotoşəkillərimiz gizli bir şəkildə biz fərqində olmadan xüsusi bir üz tanıma texnologiyasıyla fotoşəkillərimizdən biometrik parametrlərimizi əldə edə bilər.
Universitetdə 20 nəfərlik bir araşdırma qrupunun gördüyü işlərdə könüllü insanlar müxtəlif tənzimləmə proqramlarıyla əsl fotoşəkillər üzərində çalışıb. Fotoşəkillər üzərində müxtəlif işlər görülərək fotoşəkillərin 3 ölçülü modelləndiyini və bəzi xüsusi effektlərlə normal fotoşəkillərdən tam olaraq biometrik parametrlərimizin kopyalana biləcəyini təsbit edib.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .