Instagram eyni anda çox şəkil paylaşmağı sınaqdan keçirir!

Instagram, tək paylaşıma birdən çox şəkli sığdıra biləcək yeni versiyasını sınaqdan keçirməyə başlayıb. Programın Android 10.7.0 versiyasında bu üstünlüyün gələcəyi barədə mediada bəzi xəbərlər yayılıb. Beləki, buna oxşar üstünlükləri Instagram reklamlarında görürdük və əgər hər şey yolunda gedərsə, eyni üstünlükləri adi istifadəçilərdə istifadə edə biləcək. Gələcək versiyada kollaj yaratmaq üçün ən çox 10 şəkli qalereyadan seçib bu şəkillərdə filtrdən istifadə edib öz profilinizdə paylaşmağa icazə veriləcək. Başqaları sizin bu paylaşımınızı tək şəkil olaraq görsədə, üstünə toxunaraq bir-bir aşağıya sürüşdürərək baxa biləcək. Hal-hazırda qrup formasında şəkilləri seçib saxlaya bilsəniz də bu şəkilləri paylaşmaq mümkün deyil. Ama yaxın günlərdə Instagram rəsmilərinin bu üstünlüyü açıqlamalari güman edilir.