Instagram Windows 10 PC və planşetlərə gəldi

Instagram tətbiqini fərqli platformalara təqdim etməyə davam edən Facebook xidmətin Windows 10 PC və planşetlər üçün inkişaf etdirdiyi yeni versiyasını istifadəyə təqdim etdi. İlk olaraq Aprel ayında windows 10 Mobile üçün təqdim edilən Instagram tətbiqinin istifadəsi Microsoftun ağıllı telefonlarında məhdud idi. İndi isə yeni Instagram tətbiqi ilə xidməti windows 10 PC və planşetlərdə istifadə etmək mümkündür. Windows istifadəçiləri üçün sevindirici olan bu xəbərlə birlikdə onu da bildirək ki , hələ iPad üçün xüsusi olaraq Instagram tətbiqi mövcud deyil. Təxmin edə biləcəyiniz bütün Instagram xüsusiyyətlərini yeni tətbiqdə istifadə etmək mümkündür. Tətbiq ilə fotoşəkil və video yükləmək, yazıları digər sosial şəbəkə hesablarında paylaşmaq kimi funksiyalardan də istifadə edə bilirik.


Birbaşa olaraq Wnidows Store üzərindən təqdim edilən tətbiqi pulsuz olaraq yükləyə bilərsiniz. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .