Facebook və Microsoft daha sürətli internet və bulud sistemi üçün öz imkanlarını bir yerə qoyur.
Sosial media nəhəngi Facebook və texnologiya nəhəngi Microsoft güclərini birləşdirdi.
Son illərdə artan tələbləri qarşılamaq üçün güclərini birləşdirən iki şirkət sürətli internet və bulud xidməti üçün Atlantik okeanı altına dəniz altı kabellər döşəyəcək.
Layihənin həyata keçməsinin ardından okean altına döşənilən kabellərin saniyədə 160 terabit məlumat transferinə icazə verməsi gözlənilir.
İki şirkətdən edilən şərhdə kabelin ABŞ-ın Virginia əyalətindən başlayacağı və İspaniyadakı Bilbao şəhərinə çatacağı ifadə edildi.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .