Facebook-un Lifestage adındakı yeni sosial şəbəkəsi yalnız yeniyetmələr tərəfindən istifadə edilə biləcək.
Hal-hazırda aktiv olan sosial şəbəkələrdən ən böyük kütləyə sahib olan Facebook xüsusilə Snapchat kimi platformaların yaranmasıyla yeniyetmələrdən ibarət kütləni itirməyə başlamışdı.
Ancaq, Instagram və WhatsApp-ı özünə birləşdirdikdən sonra müxtəlif yeniliklərlə və ən son olaraq Instagram-ın Hekayələr həmləsiylə də gənc kütləni Facebook-a bağlı tutmağı bacaran Facebook, indi gənclərin ən sıx olduğu məşhur şəbəkə Snapchat-ı çökdürmək üçün ən böyük oyununu oynayır.
Facebook-un müxtəlif məhsullarının ən gənc idarəçilərindən olan 19 yaşındakı Maykl Seyman (Michael Sayman) tərəfindən irəli sürülən yeni sosial şəbəkə Lifestage yalnız yeniyetmələr tərəfindən istifadə edilə bilir.
Lifestage tətbiqiylə şəbəkəyə daxil olan eyni yerdə təhsil alan gənclər bir-birilə fərdi və ya qrup danışıqları edə bilir. Eyni zamanda tətbiq yeniyetmələrin çox sevdiyi selfie çəkməyi daha əyləncəli edir.
Tətbiq hələlik yalnız Amerika Birləşmiş Ştatlarındakı təhsil ocaqlarında istifadə edilə biləcək. Tətbiq eyni yerdə təhsil alan 20 nəfər qeydiyyatdan keçdikdən sonra istifadə oluna biləcək. Lifestage tətbiqinin ABŞ-da müvəffəqiyyətli olarsa digər ölkələrdə də qısa müddətdə yayımlanacağı təxmin edilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .