Instagram-da bir paylaşımda bir neçə foto və video seçmək funksiyası istifadəyə verildi!

Bir neçə həftə bundan əvvəl Instagram-da şəkil kollajının gələcəyi barəsində məlumat vermişdik. Artıq bu yeniliyi şirkət rəsmiləri rəsmən təqdim ediblər. Beləki, bu özəlliklə istifadəçi 10-a yaxın foto və video seçərək onların hər birində istədiyi filtri istifadə, redaktə, ardıcıllıqlarını dəyişə və sonra bir postda paylaşa bilər. Bu cür paylaşımlar hələki bir imza ilə paylaşıla bilər və onlar hələki kvadrat formasında görünəcəklər. Paylaşımda olacaq birinci foto və ya video xüsusi işarəyə sahib olacaq. Həmin işarə onu göstərəcək ki, sözügedən paylaşımda digər foto və videolar da var. Bu tərz paylaşımlara baxan zaman isə həmin paylaşımların alt hissəsində göy nöqtələr əks olunacaq. Beləliklə istifadəçilər paylaşımlara albom kimi baxa, onları bəyənə biləcəklər. Sözügedən yeni funksiya bir neçə həftə ərzində iOS və Android istifadəçilərinə təqdim olunacaq. Lakin indi bəzi istifadəçilər üçün bu funksiya artıq aktiv şəkildədir.