Dünyanın ikinci ən məşhur mesajlaşma tətbiqi olan Facebook Messenger başdan sona şifrələmə xüsusiyyətini gətirdi!
İlk olaraq məhdud sayda istifadəçilərə təqdim olunacaq bu xüsusiyyət bir müddət sonra bütün istifadəçilərə təqdim ediləcək.
İOS və Android istifadəçilərinə aid olacaq !
Şifrələmə stolüstü mesajlaşmada etibarlı olmayacaq və yalnız iOS və Android istifadəçiləri üçün keçərli olacaq.
Messenger şifrələməni yalnız tələb edən istifadəçilərinə təqdim edəcək. İstifadəçilər şifrələnməsini istədikləri mesajları "Gizli Mesaj" şəklində göndərəcək. Beləliklə buradan göndərilən mesajlar Facebook və dövlət təşkilatları da daxil olmaqla kimsə tərəfindən təqib edilə bilməyəcək.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .