Instagram yeni inkişaf etdirdiyi xidmət ilə özünə zərər verənlərə və ya hər hansı bir hadisə səbəbi ilə zərər görənlərə dəstək verəcək ...
Bir çox adam üçün Instagram xoşbəxt anları paylaşmaq vasitəsidir . Lakin bəzi insanlar üçün ən səmimi duyğu və düşüncələri paylaşmaq, kömək istəmək yeridir. Bu səbəblə sosial şəbəkə yeni bir xidmət təqdim edir. WebTekno-nun xəbərinə görə əgər özünə zərər verən və ya təhlükədə olan biri şəbəkədə görülsə bu haqda məlumat vermək mümkün olacaq .
MESAJ GÖNDƏRƏCƏK
İşin gözəl tərəfi : sizin bu haqda məlumat verdiyiniz bildirilməyəcək və Instagram özünə zərər verən adama "Biri sizin qeydinizi gördü və pis bir zaman keçirdiyinizi düşünür. Əgər dəstəyə ehtiyacınız varsa sizə kömək edə bilərik "mesajı göndərəcək.
İstifadəçi birbaşa dəstək səhifəsinə yönləndirilə biləcək. Yaxın dəstək nöqtəsindən və ya yaxınındakı yoldaşlardan da vəziyyətə görə kömək alına biləcək xidmətin xüsusilə intiharları önləmək məqsədi güddüyü düşünülür.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .