Məlumata görə Samsung şirkəti 23 avqust tarixində New York-da təşkil edəcəyi Galaxy Unpacked tədbirində Galaxy Note 8-i rəsmi olaraq təqdim edəcək. Bu yayılan iddialar böyük səs-küyə səbəb oldu, çünki dünənə qədər Galaxy Note 8-in sentyabr ayında təqdim olunacağı deyilirdi.

İndiyə qədər yayılan (rəsmi olmayan) məlumatlara baxdıqda bu nəticəyə gəlirik ki, Samsung özü belə Note 8 modelinin potensialından əmin deyil. Galaxy S8-ə ən çox irad tutulan arxa panelə yerləşdirilmiş barmaq izi sensoru Note 8 modelində ekranın daxilindədir. Bu fərqlilik ilə indidən müsbət rəylər almağı bacaran Galaxy Note sentyabr ayında təqdim olunacaq yeni iPhone modeli ilə "çiyin-çiyinə" mübarizə apara biləcəkmi? Bunu zaman göstərəcək.