Görüntülərdə şaquli dizayn edilmiş 2 kameranı görə bilərik. Poyoco tərəfindən paylaşılan tweetdə smartfonun AKG tərəfindən hazırlanmış stereo səsucaldıcıları istifadə etməsi və Bixby düyməsinin birbaşa özünə əlavə edilməsi iddia olunur. Görüntüyə görə 3,5 mm qulaqcıq girişi telefonun alt hissəsinə yerləşdirilib. Ayrı bir Weibo sızıntısına görə Galaxy Note 8 daha dar çərçivələri sayəsində daha yüksək fazili ekran/gövdə nisbətinə sahib olacaq. Yayılan məlumatlarda ən sonda isə fabletin yuxarı künclərinin daha geniş bucaqlı olacağı qeyd olunub.
Samsung Galaxy Note 8-in 1 sentyabrda Berlində təşkil olunacaq ilin IFA sərgisində təqdim olunacağı gözlənilir.