İndi isə Xiaomi Mi Mix 2-yə aid olduğu iddia edilən GFXBench siyahısı yayımlanıb. Siyahıda smartfonun Snapdragon 835 çipseti və 6 GB RAM ilə gələcəyi öz təsdiqini tapıb. Əlavə olaraq siyahıda cihazın Android Nougat (versiya 7.1.1) ilə işləyəcəyi də qeyd olunub.
Xiaomi Mi Mix 2 128GB və 256GB daxili yaddaş seçimləri, 19MP / 13MP kamera və 2540x1440 keyfiyyətli 6,4 düymlük AMOLED ekran kimi özəlliklərə sahib olacaq. Cihazın batareya tutumunun 4500 mAh olacağı deyilir.
