Hydrogen One-ın holoqramlı ekranı ilə 3D görüntülər və interaktiv oyunlar cibimizə "yerləşəcək". Bu fərqli cihaz Android əməliyyat sistemi ilə işləyəcək. Hydrogen One modelində stereo səsi çoxölçülü səsə çevirən xüsusi alqoritm yer alacaq. Bu sistemin köməyi ilə holoqramlı görüntülər çoxölçülü səs ilə daha da real olacaq.

Hydrogen One smartfonu Scarlet, EPIC və Weapon kimi Red-in kameraları ilə uyumlu olacaq. 5,7 düymlük ekrana sahib olacaq smartfonda USB Type-C qoşulma nöqtəsi yerləşdiriləcək. 2018-ci ilin ilk rübündə satışa çıxması gözlənilən Hydrogen One-ın qiyməti 1200 dollar olacaq.