Sızdırılan məlumatlara görə Snapdragon 836-da 2,5 Ghz sürətlə işləyən prosessor və 740 Mhz sürətlə işləyən qrafik əməliyyatçısı yer alacaq. Bu yeni çipsetin daha sonra Google Pixel və LG V30-da da istifadə ediləcəyi güman edilir.
Snapdragon 836-lı Note 8-lərin yalnız Çin və Şimali Amerikada satışa çıxması da yayılan iddialar arasındadır. Digər ölkələr üçün istehsal edilən Note 8-lərdə isə Exynos 8895 prosessorları istifadə edilə bilər.