
Xiaomi Mi 7-nin konsept dizaynı haqqında deyiləcək bir neçə müsbət nüans var. İlk nəzərəçarpan cəhət bu ilin yuxarı seqment smartfonlarında gördüyümüz 18:9 nisbətli ekrandır. Ön hissənin demək olar ki, hamısını ekrana ayıran konsept dizayn ümumilikdə 97%-lik inanılmaz ekran/gövdə nisbəti təqdim edir. IP 68 sertifikatı, hər biri 16 MP keyfiyyətli 2 arxa kamera, 3D sensorlu Home düyməsi isə videoda görünən digər əsas özəlliklərdir.
Aşağıda TechConfigurations adlı YouTube kanalının yayımladığı bu qeyri-adi konsept dizaynı izləyə bilərsiniz.