
Bir müddət əvvəl sizlərə Galaxy S8-in yeni rənginin yayımlanacağı haqqında məlumat vermişdik. Çox keçmədən Samsung bu məlumatı təsdiqlədi və Galaxy S8+ modelinin Rose Gold rəngli versiyasını yayımladı. Böyük ehtimalla bu yeni rəng seçiminə yalnız Galaxy S8+ modelində yer verilib.
Bu gündən etibarən Rose Gold rəngli Galaxy S8+ Cənubi Koreya və Tayvan kimi seçilmiş bazarlarda satılacaq. Təəssüf ki, Azərbaycan bazarı bu siyahıda yer almır.