Smartfonlar arasınnda edilən sürət testləri çox zaman smartfonların tətbiqləri açma sürətləri qarşılaşdırılaraq edilir. İndiyə qədər bu sahədə Apple-ın iPhone modelləri Android telefonları hər zaman geridə qoyurdu. Lakin OnePlus 5 modeli ilə bu iki cəbhə arasındakı münasibətlər nəzərə çarpacaq dərəcədə dəyişib.
Apple-ın ən son satışa çıxardığı iPhone modeli olan iPhone 7 Plus bir neçə gün öncə satışa çıxan və ən sürətli Android cihaz sayılan OnePlus 5 ilə sürət testində qarşılaşıb. Videodan da aydın olduğu kimi smartfonların sürəti bir-birinə çox yaxındır. Rəqibindən 9 ay öncə istehsal olunmasına baxmayaraq iPhone 7 Plus testin ilk turunda daha yaxşı nəticə göstərib. Amma 8 GB RAM-a sahib olan OnePlus 5 testin ikinci turunda rəqibini geridə qoyaraq testin qalibi olub.
Aşağıda sözügedən sürət testi videosunu izləyə bilərsiniz.
OnePlus 5 dünyanın ən sürətli smartfonu olan iPhone 7 Plus-ı geridə qoydu!
