
Qəribədir ki, qutu içərisindəki iPhone modeli iPhone 7-yə bənzəyən ekran qoruyucusu ilə "maskalanıb". Lakin ekran qoruyucusunu çıxardıqdan sonra iddia edilən iPhone 8 dizaynı qarşımıza çıxır. Ancaq bu görüntülərdən şübhələnmək üçün bir neçə səbəb var. Səbəblərdən ən əsaslısı bu dizaynın bu günə qədər yayılan görüntülərdəkindən fərqli olmasıdır.
Bu paylaşımdan sonra məlumat yaymaq ilə məşhurlaşan digər bir şəxs @OnLeaks bu görüntülərdəki smartfonun iPhone 8-in prototipi olmadığını və bunun iPhone 8 klonu olduğunu iddia edən bir tweet paylaşıb.
@OnLeaks paylaşdığı tweet-də "bu görüntülər yəqin ki, çinli bir iPhone 8 klonununa aiddir" deyib.
Aşağıda yayılan görüntüləri incələyə bilərsiniz.


