Bu günlərdə yenə bir smartfonun partlaması ilə bağlı xəbərlər yayılıb. Sözügedən hadisədə adı hallanan smartfon isə HTC 10-dur.
Nidhi Kapoor bir Facebook yazısıda HTC 10-un şarj cihazına qoşulu deyilkən birdən-birə partladığını qeyd edib. Həmçinin o, bu bədbəxt hadisənin barmaqlarının yanmasına və batareyadan ayrılan toz hissəciklərinin göz infeksiyasına səbəb olduğunu deyib. Zərərçəkən qadın HTC 10 smartfonunu bu ilin 17 yanvar tarixində aldığını, cihazın batareya hissəsində isinmələrin olduğunu və hadisədən sonra HTC ilə əlaqə saxladığını da yazısına əlavə edib.
"HTC hadisəni araşdırır"
Nidhi Kapoor hadisəni araşdırmadığı üçün HTC-ni günahlandırsa da şirkət zərərçəkmişin Facebook mesajına cavab verərək daha ətraflı məlumat alıb. Cihazın hadisədən sonrakı vəziyyətini göstərən bir şəkil olmasa da, partlamanın səbəb olduğu yaralanma yuxarıdakı şəkildə aydın görünür.