Smartfonlar üçün bu günə qədər bir çox qəribə testlər keçirilib. Həmin testlərə hündürlükdən atma, suyun altında işlətmə və s. bu kimi tesləri misal göstərmək olar. Amma Galaxy S8-in başına gələn bu hadisə ilə əksər smartfonlar qarşılaşmayıb.
Tennent's Lager adlı YouTube kanalının hazırladığı videoda IP 68 sertifikatına sahib olan Samsung Galaxy S8 yağda qızardılıb. Onu da qeyd edək ki, 60 saniyə 200 °C temperaturda "bişirilən" Galaxy S8 testin sonunda hələ də işlək vəziyyətdə idi. Bu qəribə test videosunu aşağıda izləyə bilərsiniz.