Adi telefon dizaynlarından sıxılan firmaların zaman-zaman qəribə dizaynlı telefonları satışa çıxarmasına şahid olmuşuq. Xüsusilə Nokia-nın ən telefon satan firma olduğu dövrdə qəribə dizaynlı modelləri satışa çıxarmasını buna misal ola bilər. Bu xəbərimizdə sizlərə tarix öz damğasını vurmuş ən diqqət çəkən telefonları təqdim edirik.
1. Kyocera Echo
Kyocera firmasının istehsal etdiyi Echo adlı model Nintendo 3DS dizaynına bənzər bir görünüşə sahib idi. İstifadə rahatlığı təqdim etməsi gözlənilən telefon dizaynının qəribsənilməsi ilə qısa müddətdə satışlarını dayandırdı.
2. Sony Ericsson Xperia Play
Mobil oyunların yüksək maraqla qarşılandığı ilk dövrlərdə Sony ilə Ericsson firması ortaq idi. Sony Ericsson Nokia-nın N-Gage ilə başlayan yeni dizayn sektoruna Xperia Play ilə qatılmışdı. Slide üzlüyünün alt hissəsində düymələrin yer aldığı Xperia Play bəzi Play Station 1 oyunlarını özündə əks etdirirdi. Ancaq maliyyə sıxıntıları yaşayan firma qısa bir müddət sonra Xperia Play-in istehsalını dayandırdı.
3. LG G Flex
Ekran texnologiyalarındakı gücünü ortaya qoymaq istəyən LG firması G Flex adlandırdığı smartfonunda qövslü ekrana yer verərək qarşımıza çıxdı. Android əməliyyat sisteminə sahib olan LG G Flex dizaynına görə istifadəçilərə rahat əldə tutmaq hissiyatı verməsindən daha çox cibdə çətin daşınması problemi ilə yaddaşda qaldı. Uğursuz olan bu proyekt LG G Flex 2 modelindən sonra dayandırıldı.
4. Motorola MPx
Telefonların "ağıllanmağa" başladığı dövrdə Motorolaçox yanlış bir yol ilə gedərək "telefondan komputer ola bilər" fikrini müdafiə etmişdi. Düyməli klaviatura və stylus qələm ilə gələn Motorola MPx modeli cihazın lazımı gücə sahib olmaması səbəbi ilə gözlənilən PC effektini yaratmadı.
5. Nokia 3250
Musiqi sektorunda varlığını göstərmək istəyən Nokia alt hissəsi dönə bilən Nokia 3250 modeli ilə qarşımıza çıxmışdı. Nokia 3250-nin dönən ön hissəsində düymələr, arxa hissəsində isə musiqi kontrolları yer alırdı.
6. Nokia7280
Nokia-nın stick formasındakı ən diqqət çəkən dizaynı Nokia 7280-ə aid idi. Nokia 7280 dizayn cəhətdən nə qədər çox diqqət çəksə də, istifadəsinin narahat olması səbəbindən bir müddətdən sonra satışını dayandırdı.