iPhone-larda meydana gələn bir səhv nəticəsində Apple-in bəzi telefonları köhnə iOS versiyalarına qayıtdı. Sözügedən səhv nəticəsində bu cihazlarda WhatsApp da daxil olmaqla bir çox proqramlarda xəta baş verdi. Bu səhv ilə qarşılaşmamaq üçün diqqət yetirməniz lazım olanlar:
İlk öncə iPhone-unuzun "Tənzimləmələr" bölməsinə daxil olun. Sonra 'Ümumi' və daha sonra 'Proqram yeniləməsi' bölməsinə keçin. Əgər İOS versiyası 11 və ya daha yuxarıdırsa bu problemlə qarşılaşmayacaqsınız .
Ancaq bəzi modellərdə bir səhv səbəbiylə versiya iOS 6-ya qayıtmışdır. Sizin telefonunuz da eyni vəziyyətdədirsə səhvi aradan qaldırmaq üçün yenidən yeniləmə edin.