WhatsApp, Messenger və Skype kimi platformları tək bir yerdə toplayan əfsanə Chrome əlavəsi!

Kompüter başında olarkən fərqli mesajlaşma platformalarını təqib etməkdən yorulmusunuzsa tam sizlik bir Chrome əlavəsi var. Kompüter başında çox zaman keçirən və həm kompüterlə, həm də mobil cihazla davamlı yoldaşlarınız, ya da ailənizlə mesajlaşan birisinizsə bütün o fərqli platformaları istifadə etmək sizi bir az yora bilər. Məsələn Skype-da yoldaşlarınız ilə danışarkən WhatsApp-dan qardaşınıza cavab vermək, həmin an Messenger-dən bir başqa yoldaşınız ilə söhbət etmək olduqca qarışıq bir işdir.


All-in-One Messenger adlı Chrome əlavəsi içərisində WhatsApp, Messenger, Skype, Telegram, Hangouts hətta Steam CHAT-ın da olduğu otuza yaxın mesajlaşma tətbiqini tək bir yerdən istifadə etmənizi təmin edir. Bu əlavəyə bənzər bir çox tətbiq mobil cihazlar üçün onsuzda var. Ancaq web browser üçün belə bir əlavənin olması son dərəcə faydalıdır. Xüsusilə də kompüter başında vaxt keçirənlər üçün əvəzsizdir. All-in-One-Messengeri buradan pulsuz yükləyib, Google Chrome-unuza qura bilərsiniz. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .