WhatsApp-ın zəng funksiyasına iki xüsusiyyət əlavə edildi!

WhatsApp-da artıq zənginizə cavab gəlmədiyi təqdirdə geriyə zəng etmə və səsli mesaj buraxma xüsusiyyəti əlavə olundu! SMS-i tarixdə qoyan və ən məşhur mesajlaşma xidməti olan WhatsApp bir müddət əvvəl zəng funksiyasını təqdim etmişdi. Ancaq birinə zəng etdiyinizdə ekranı bir anda tutan WhatsApp-ın beta istifadəçilərinə təqdim etdiyi xüsusiyyət ilə geriyə zəng ya da səsli mesaj buraxma xüsusiyyəti də əlavə olunmuş oldu. Daha əvvəl Google tərəfindən başladılan Play Store-dakı beta testinə girənlərin istifadə edə bildiyi bu xüsusiyyət hələlik 2.16.189 nömrəli versiyada istifadə edilə bilir. Lakin, qısa müddət içərisində stabil versiyalara da gələcəkdir. WhatsApp-dan zəngə cavab gəlməməsi halında zəngin dərhal bağlanması yerinə sizə geriyə zəng ya da səsli mesaj təklifi təqdim etməsi daha əlverişlidir deyə bilərik. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .