"WhatsApp" istifadəçiləri ehtiyatlı olsun
"WhatsApp" mesajlaşma şəbəkəsində yeni təhlükə ortaya çıxıb. Sözügedən poqramda yeni spam yayılıb. Sürətlə yayılan spam mesajlarının mənbəsində isə "trojan" virusu var. Viruslu mesaj açılınca telefondakı bütün məlumatlar saniyələr içində köçürülr. Bu mesajları görən kimi açmadan silmək lazımdır.
İstifadəçilərin saxtakarlıq tələsinə düşməsinin əsas səbəbi mesajı göndərən adamın kim olduğuna baxmamaqdır. Virus hər yolla - səsli mesaj, söhbət, ödəmə, foto və ya video formasında gələ bilər. Tanımadığınız adamlardan belə mesaj almısınızsa, həmin şəxsi əngəlləmək və mesajı silmək lazımdır.
Eyni zamanda tanıdığınız insanlardan gələn fayl və linklərə də diqqət etməlisiniz. Çünki dostunuzun hesabı "troyan" tərəfindən ələ keçirilə bilər.