Artıq WhatsApp-da göndərilmiş ama oxunmamış mesajlar silinə biləcək!

Son illərdə, WhatsApp istifadəçi sayı xeyli artmış, artıq hər kəsin mobil telefonunda olmazsa olmaz dediyi programlar siyahısına daxil olmuşdur. Ama istifadəçilərin tək narazı olduqları məsələ səhvən göndərilən mesajlar idi. Artıq yeni gələcək olan yeniləmədə, bu problemin aradan qaldırılacağı barədə WhatsApp rəsmiləri açıqlama verib.Beləki səhvən və ya istəmədən göndərilmiş mesajlar qarşı tərəf görmədən silinəcək və qarşı tərəfdə sadəcə "bu mesaj silinmişdir" formasında yazı olacaq. WhatsApp rəsmiləri növbəti yenilənmələrdə foto və video tipli mesajlarında eynilə silinə bilinəcəyi haqqında da açıqlama veriblər.