Qeyd edək ki, sözügedən sistemin beta versiyası keçən ilin Noyabr ayında təqdim olunmuşdu. İkitərəfli təhlükəsizlik sistemi WhatsApp hesabını daha yaxşı qorumağa imkan verir. Bu funksiyanı aktiv edəndən sonra SIM nömrədən əlavə aktivasiya üçün 6 rəqəmli şifrə tələb olunacaq. Bu şifrəni isə istifadəçi özü yaratmalıdır. Əgər istifadəçi nömrəni digər smartfona taxsa onda növbəti 7 gün ərzində şifrə olmadan WhatsApp üçün həmin nömrəni təsdiq edə bilməyəcək. Bu cür təhlükəsizlik sisteminin WhatsApp istifadəçisinin məlumatlarını qorumaq üçün nəzərdə tutulduğu bildirilir.