WhatsApp kimi çox istifadə edilən tətbiqlər üzərindən istifadəçilərə müxtəlif mövzularda mesajlar atılaraq tələ quran və beləcə insanların olduqca yüksək miqdarda pullarını oğurlayan fırıldaqçılar yeni bir üsula əl atıblar
WhatsApp üzərindən göndərilən WhatsApp'ın Gold versiyasına keçid edilərək daha çox üstünlüklü tətbiqin istifadə edilə biləcəyini özüdə əks etdirən mesajla istifadəçiləri əslində tələyə salmış olurlar .
Telefona ya da kompüterlərə quraşdırılan bu cür tətbiqlərlə istifadəçilərin kredit kartlarının kodları və digər şəxsi məlumatlar ələ keçirilir .
Son dövrlərdə tez-tez rast gəlinən WhatsApp mesajları ilə əlaqədar istifadəçilərin bu cür mesajları açmamağı məsləhət görülür.
Mütəxəssislər qısa müddət içərisində çox sürətli bir şəkildə yayılan bu mesajlara qarşı insanların mesajı göndərənin profilini blok etməsi və bu insanlar ilə görüşmemesini qətiyyətlə tövsiyyə edirlər .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .