iOS üzərində araşdırmalar aparan Jonathan Zdziarski son yazdığı bloq yazısında WhatsApp-ın silinən mesajları saxlamaqda davam etdiyini iddia etdi.
Tətbiqin son yeniləmə versiyasından alınan disk təsvirlərini yoxlayan Zdziarski tətbiqin silinən söhbətləri saxlamağa davam etdiyini, bu məlumatların uzaqdan "backup" sistemləri vasitəsilə yenidən əldə edilə biləcəyini bildirdi.
Zdziarski başdan başa şifrələmə sisteminin mesajları yalnız ötürülməsi zamanı qoruduğunu söylədi.
Mesajların silindikdən sonra hələ də qalması əslində məlumatlar telefona çatdıqdan sonra yaşanan proseslərin ardından baş verir. Silinən WhatsApp mesajlarını iCloud-un möhkəm bir şifrələmə sisteminə sahib olmadan saxlamağa davam etməsi, silindiyini zənn etdiyimiz bu mesajları "backup" vasitəsilə təkrar əldə etmək imkanının olduğunu göstərir.
Jonathan Zdziarski-nın bu ciddi iddialarına hələlik WhatsApp-dan bir cavab gəlməyib.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .