WhatsApp-a daha bir yenilik gəlir!

Məşhur mesajlaşma tətbiqi olan WhatsApp yaxında yayımlanacaq bir yenilənməylə GIF dəstəkləyəcək. İnternetdə forumların həyatımıza daxil olduğu dövrdə məşhur olan GIF formatındakı hərəkətli vizuallar sosial şəbəkələrin yaranmasıyla bir az geri planda qalmağa başlamışdı. Ancaq, son dövrdə videoların asanlıqla GIF halına gətirilməsi və istifadəçiləri əyləndirəcək müxtəlif GIF-lərin ortaya çıxması təkrar GIF-lərin məşhurluğunu artırdı. Facebook Messenger-də sevilərək istifadə olunan GIF dəstəyini indi də sahibi olduğu ən məşhur internet üzərindən mesajlaşma tətbiqi olan WhatsApp-a gətirməyə hazırlaşır. Əvəllər Android platformasında root istifadə imkanına sahib olanların sistem fayllarında müxtəlif dəyişikliklər edərək GIF göndərməsi mümkün idi. Ancaq, WhatsApp yeni bir yenilənməylə bütün istifadəçilərə GIF göndərmə imkanı təqdim edəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .