WhatsApp-ın görüntülü zəng xüsusiyyəti fırıldaqçıların hədəfi oldu .
WhatsApp-ın görüntülü zəng xüsusiyyəti üzündən bir çox istifadəçilər fırıldaqçıların qurbanına çevrildilər . Milyonlarla istifadəçinin bu xüsusiyyəti gözlədiyindən xəbərdar olan fırıldaqçılar istifadəçilərə 'WhatsApp-ın görüntülü zəng xüsusiyyətinə sahib versiyasını yüklə' linki göndərməyə başladı.
Cihaza VİRUS yükləyir !
İstifadəçilərin paylaşılan bu linkə basdığı anda WhatsApp-ın rəsmi saytına bənzər olaraq hazırlanmış "Whatappvideoonline" adlı bir saytı açılır və yüklənmə başlayır. Ancaq bu yüklənmə tamamilə yalandır. Başqa sözlə , bu sayta girən istifadəçilər cihazlarına virus yüklənməsinə icazə verir.
Kiber təhlükəsizlik mütəxəssisləri istifadəçiləri xəbərdar edir. Çünki bu üsulun kiber oğurluq məqsədilə istifadə edildiyi aydındır .