Ağıllı telefonların həyatımızın bir parçası olmadığı illərdə telefon bazarının ən böyük siması olan Nokia, bu il də bir telefonu geri qaytarmağa hazırlaşır.
Ötən il Nokia 3310 modelinin yenilənən versiyası ilə gündəmə gəlmişdi. Bu il Nokia yenə çox danışılacaq bir addım atdı. Nokia 3310-dan sonra daha bir əfsanə geri dönür. HMD Global tərəfindən edilən açıqlama ilə Nokia Xpress-on-un yenilənmiş versiyasının bazara çıxarılacağı rəsmiyyət qazanmış oldu.
Bu markanın ilk məhsullarının nə zaman bazara çıxacağı isə hələ bilinmir.