Nokia düşüş yaşadığı vaxtlara girməmişdən əvvəl telefon sektorunda ən qabaqcıl firmalardan biri idi. Hal hazırda iPhone 7 Plus və Galaxy S7 Edge modelləri insanlar tərəfindən necə coşğuyla qarşılanırdısa ilk çıxdığı vaxtlarda Nokia 8800 və N95 də eyni diqqəti görürdü. Nokia-nın müəyyən sayda istehsal etdiyi lüks modelləri də var idi. Bu modellər ev qiymətinə, hətta daha baha da olurdu.
Gold, Diamond və Supreme kimi sözlər ilə fərqlənən Nokia modelləri üzərindəki yüksək dəyərli daşlar ilə o qiymətə həqiqətən də layiq olurdu. Bu xəbərimizdə sizlərə ən bahalı 5 ultra lüks Nokia modelin təqdim edirik.
5. Nokia 8800 Gold Edition - 2700$
Bir vaxtlar "iş adamı telefonu" adlandırılan və 2700 dollara satılan bu model 24K qızıldan hazırlanmışdı. Nokia 8800 Gold Edition özəllikləri, qutusu, keyfiyyəti və şarj girişinin fərqli olması ilə standart 8800-dan seçilirdi.
4. Diamond Nokia E71 - 12685$
Ön və arxa tərəfi VS1 keyfiyyətində almaz ilə örtülən bir telefon düşünün. Diamond Nokia E71 düşündüyünüz telefon olmağa real namizəddir. Bu modelin qiyməti 12685 dollar idi. QWERTY klaviatura və Symbian ƏS ilə satışa çıxan Diamond Nokia E71-in standart E71-dən fərqi almaz işləmələrinin olması idi.
3. Diamond Nokia N95 - 42918$
Dünyada yalnız 25 ədəd istehsal olunan Diamond Nokia N95 18 karat dəyərində 658 brilliant ilə bəzədilən Diamond Nokia N95 də standart N95-dən bir neçə özəllik ilə fərqlənirdi.
2. Nokia 8800 Arte with Pink Diamonds - 131650$
Bu modelin qadınlar üçün istehsal olunduğu görünüşündən də anlaşılır. Nokia 8800 Arte with Pink Diamonds 18 karat dəyərində ağ, 21,5 karat dəyərində isə çəhrayı almaz ilə istehsal edilmişdi. Ümumilikdə 680 almazın istifadə edildiyi model dizayner Peter Aloisson tərəfindən hazırlanmışdı.
1. Nokia 8800 Supreme - 156000$
İndi isə Nokia-nın istehsal etdiyi ən bahalı modelə gələk: Nokia 8800 Supreme. 1225 brilliant daş və 12,5 karat dəyərində çəhrayı almaza sahib olan bu modelin qiyməti 156000 dollar idi.