Nokia 10 təqdim edilən digər modellərə görə daha fərqli bir kamera dizaynı ilə gəlir. Bilindiyi kimi Nokia ilk dəfə 2017-ci ildə smartfon bazarına daxil oldu. HMD Global, Nokia 2, 3, 5 və 8 modelləri ilə bazarda əhəmiyyətli bir paya sahib oldu.
Sızdırılan yeni xəbərlərə görə HMD Global hələ Nokia 9 modelini təqdim etməsədə oyaxınlaşan Mobil Dünya Konqresində (MWC) cihazın tanıdılacağı barədə söz-söhbətlər gedir.. Başqa bir qaynaqda şirkətin Nokia 10-a birbaşa keçid edəcəyi haqqında da iddialar var. İddiada yeni modelin çox fərqli bir kamera dizaynınının olduğu qeyd edilir.
Sızdırılan məlumatlara görə yeni modelin 5 Refractor bir kamerası və dairəvi bir halqa üzərində sensoru mövcuddur. Bu Penta obyektivli kameranın iddiası HMD Global-ın Zeiss Lens fikrindən dönən Zoom kamera texnikasını mənimsədiyininə işarə edə bilər. Ayrıca cihazın 18: 9 ekrana sahib olacağı və digər Android modellərindən fərqli iki rəngli (ön və arxa) dizayna sahib olacağı iddialar arasındadadır. Digər məlumatlarda cihazın Snapdragon 845 prosessoru ilə qarışımıza çıxacağı qeyd edilir. Yeni ağıllı cihazın hazırlıq mərhələsində olduğu və 2018-ci ilin ikinci yarısından sonra təqdim ediləcəyi gözlənilir.