2017 model Nokia 3310-un təqdim ediləcəyi tarix, qiyməti və rəngləri!

Modern 3310 nə vaxt təqdim olunacaq və qiyməti nə qədər olacaq?
Nokia həvəskarları şübhəsiz ki, şirkətin 26 fevralda baş tutması planlanan tədbirini səbrsizliklə gözləyir. HMD Global tərəfindən ən az üç Android və bir xüsusi telefon tanıdılacaqdır.

Nokia 3310-un yenilənərək modern bir versiyada yenidən satılacağı xəbəri keçən həftə yayılmışdı. Yayılan konsept video və ilkin məlumatlardan hazırladığımız xəbərə aşağıdakı linkdən keçid edə bilərsiniz.

http://texnologiya.az/news?id=356




Modern 3310-un rəsmi təqdimatına bir neçə gün qaldı və ən sağlam telefon haqqında bir az daha xəbər topladıq:
Çox saylı mənbələr tərəfindən modern Nokia 3310-un Android ƏS-li cihaz olacağı iddia edilməsinə baxmayaraq telefonun Mobil Dünya Konqresində təqdim ediləcəyini təsdiqləyən mənbə indi də onun xüsusi telefon kimi təqdim olunacağın bildirib.

HMD Global telefonun dizaynını müasir tələblərə uyğunlaşdırmaq üçün bir neçə dəyişikliklər edəcək. Bu dəyişikliklər modern Nokia 3310-u daha incə və daha müasir edəcəkdir.

Modern Nokia 3310 müxtəlif rənglərlə təqdim olunacaqdır. Telefon qara, mavi, boz, yaşıl, qırmızı və sarı rəng ilə satışa çıxacaq. Nokia 3310-un qiymətinin 59 euro olacağı təsdiqlənib. Ən son xəbərlərə görə isə modern Nokia 3310 sadəcə İngiltərənin pərakəndə satış üzrə məşhur şirkəti Carphone Warehouse-dan alına biləcək. HMD-nin yeni Nokia 3310-un satışı ilə əlqaədar bu şirkətlə müqavilə bağlaması xəbərləri də aktualdır.

http://texnologiya.az/news?id=356