Yeni yayılan məlumatlarda Nokia 3310-a bir çox Avropa bazarının fərqli qiymət qoyduğu deyilir. Bu qiymətlər isə HMD Global-ın konqresdə elan etdiyi qiymətlərdən daha yüksəkdir.
Avstriyada yeni Nokia 3310-un satışları 28 apreldə başlayacaq və 59 €-ya satılacaq. Bəzi satıcılar isə müştəri cəlb etmək məqsədi ilə qiymətdə kiçik endirimlər edərək onu 53 €-ya təklif edəcəklər.
İsveç bazarında isə Nokia 3310-un 3G özəlliyi olan versiyası satışa çıxacaq. Satışlar may ayından daha tez bir müddətdə başlayacaq və 3G özəllikli versiyanın qiyməti 93 € olacaq.
Almaniyada isə Nokia 3310 58 € qiymətlə satılacaq. Burada da satışlar Avstriyadakı kimi 28 apreldən başlayacaq və sadəcə Nokia 3310-un 2G versiyası satılacaq.
Avropa ölkələrinin çoxunun mallara qoyduğu vergi faizlərini də hesaba qatdıqda anlayırıq ki, qiymətlər HMD Global tərəfindən açıqlanan qiymətlərdən daha yüksək olacaq.