Bir dövrün əfsanəsi Nokia, bu il Android telefonlarıyla təkrar telefon bazarına geri dönəcəyini açıqladı.
Ağıllı telefonların hələ istehsal edilmədiyi dövrdəki ən müvəffəqiyyətli istehsalçılardan olan Nokia Microsoft ilə müqavilə bağlayaraq Nokia markalı Windows Phone ilə çalışan smartfon istehsal etməyə başlamış, daha sonra mobil hissəsini tamamilə Microsofta vermişdi.
Nokianın Microsofta satılmasından sonra şirkət edilən razılaşma ilə bir müddət təkrar ağıllı telefon bazarında iştirak etməyəcəkdi . Bu razılaşmanın bitmə tarixi yaxınlaşdıqca Nokianın Android telefonlarından xəbərlər gəlməyə başladı . Şirkət gözlənilən xəbəri verərək rəsmi olaraq telefon sektoruna geri döndüyünü açıqladı.
Nokia Çin qrupundan Mike Wang bu ilin son rübündə Android əməliyyat sistemiylə çalışan Nokia markalı ağıllı telefonlarını tanıdacaqlarını təsdiqlədi.
Bu günə qədər ortaya çıxan sızıntılardan Nokianın ümumi 4 fərqli model üzərində çalışdığı bilinirdi. Son məlumatlara görə şirkət, bu ilin sonuna qədər iki modelini təqdim edəcək və digər iki modelini isə 2017-ci ilin əvvəllərində tanıdacaq.
Baxaq , Nokia uzun bir aradan sonra təkrar köhnə gücünə qayıda biləcəkmi?
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .