Yeni Nokia 3310-u almamağınız üçün 5 səbəb!

Barselonada keçirilən Mobil Dünya Konqresində təqdim edilən Nokia 3310 əfsanəsi təəssüf ki, gözlənilən nəticəni vermədi. Bir çoxları mobil telefonun 30 gün şarj müddətinin olmasını böyük üstünlük kimi görsə də, mobil cihazda şarj ömrünü azaldacaq çox bir şey olmadığı da nəzərə çarpır.

Belə ki, 2017-ci ildə olmağımıza baxmayaraq hələ də Wi-Fi funksiyası olmayan telefon istehsal olunur. Bəli məhz Nokia 3310 bu funksiyanı alıcılara vermədiyi üçün mobil cihazın ən böyük çatışmazlıqlarından birinin də bu olduğunu deyə bilərik. Bundan əlavə olaraq, mobil cihazın Andorid versiyasında olacağı gözlənilsə də, Nokia 30+ əməliyyat sistemi ilə gəlməsi bir çox mobil App-ları endirə bilməyəcəyiniz və "Mağaza" funksiyasının da olmayacağı məlumatınıda qeyd edək. Başqa bir çatışmazlıq isə Nokia 3310 şəkil çəkmə funksiyasının çox zəif olması ilə bağlıdır. Belə ki, 2 Mp+ led ışıq özəlliyinə sahib cihazda yalnız 360x240-a keyfiyyətdə şəkillər çəkməyiniz mümkündür. Ən son toxunacağımız nöqtə isə mobil cihazın 16 MB yaddaşının olmasıdır, hər nə qədər 32 GB yaddaşa qədər dəstəkləmə imkanı versə də, Nokia-nın bu qədər qənaət etməsi gözlənirmirdi.

Tək bir üstünlüyü ondan ibarətdir ki, telefon 1200 mAh batareya ilə təchiz olunub və bu işləmə performansına görə də kiyafət qədər uzun enerji saxlama müddətinə malik olur.

Ümumi olaraq Nokia 3310 cihazının özəllikləri bunlardır:

Ekran: 2.4 inç 240x320 piksel QVGA

Əməliyyat sistemi: Nokia 30+

Yaddaş: 16 MB(32 GB micro kart dəstəyi)

Ölçüləri: 115.6 x 51 x 12.8

Batareya ömrü: 1200 mAh

Kamera: 2 Mp+ led fləş