Deyilənlərə görə Nokia 9 IP 68 sertifikatına sahib olacaq və bu smartfonda yalnız barmaq izi sensorundan deyil, həm də göz qişası sensorundan da istifadə olunacaq.
Nokia 9-un qiyməti və təqdimat tarixi
Nokia 9-un Avropa bazarlarında qiyməti 749 Euro, ABŞ-da 699 Dollar və Hindistanda isə 44,999 Rs olacağı təxmin edilir. HMD Global bu üst seqment smartfonunun təqdimatını iyulun ayının sonuna və ya avqustun əvvəlinə planlaşdırır. Telefonun təqdimat tarixi Snapdragon 835-in istifadə icazəsi ilə bağlı olaraq daha da gecikə bilər. Sonda qeyd edək ki, yuxarıda qeyd olunan məlumatların heç biri dəqiq deyil və zamanla bəzi dəyişikliklər ola bilər.