Nokia-nın əfsanə telefonu 3310 geri dönür! (Foto+Video)

Nokia 2000-ci ildə satışa çıxartdığı 3310 modelini 2017-də yenidən təqdim etməyi düşünür. Yeni 3310 videodan da göründüyü kimi yüksək texniki özəllikli deyil, sadəcə ənənəni özündə daşıyan bir model olacaq. Əməlyyat sistemi Symbian ƏS olacaqdır.




Yayımlanan konsept videoda telefonun plastikdən daha çox metala bənzədiyi görünür. Kamera, USB Type-C və 3.5mm qulaqcıq girişi əlavə olunan telefonda artıq musiqi dinləmək mümkün olacaqdır. Bu maraqla gözlənilən telefon MWC 2017-də nümayiş etdiriləcəkdir.