WhatsApp pul köçürmə yeniliyini gətirir!

WhatsApp bu yeniliyi ilə 2018-ci ilə damğa vuracaq

Whastapp Payment

WhatsApp istifadəçiləri Android və iOS vasitəsilə bir-birinə tez və asanlıqla pul göndərmək imkanı əldə edəcəklər. WhatsApp Ödəmə Xidməti hal hazırda  Hindistanda mövcuddur.
İlkin məlumatlara görə  tətbiqin test versiyası iOS və Android sistemlərində müxtəlif versiya nömrələri ilə olacaq. Android istifadəçiləri V2.18.41 versiyasını yükləyərkən, iOS istifadəçiləri isə V2.18.21 yeniləməsindən istifadə edəcəklər. Hələ ki, şirkət bu tətbiqi yalnız seçdiyi istifadəçilərə göndərir və testdən keçirir.
2017-ci ilin avqust ayından bu testlər davam etdirilir.

 
2017-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu yeniliyin ertələnməsi  səbəbi ilə 2018-ci ilin ikinci yarısına istifadəçilərə təqdim edilməsi gözlənilir.