Android smartfonlar üçün yeni özəllik gəlir.

Google mesajlaşma sahəsinin aparıcı oyunçuları olan WhatsApp, Messenger və Apple-ın iMesseage-ına qarşı yeni bir hücum etməyə hazırlaşır

Son  istifadəçilər üçün Allo, təşkilati əlaqələr üçün  isə Hangouts tətbiqini təqdim edən Google, həmçinin Android telefonlarda sadə bir SMS tətbiqi olan Android Mesajlar tətbiqinə də sahibdir. Ancaq bu tətbiqlərin heç birisi ən çox istifadə edilən ünsiyyət tətbiqləri arasında yer almır.

Android Police saytı  Google-un mobil əməliyyat sistemi üçün inkişaf etdirdiyi ən aktual "Android Mesajlar" tətbiqinin qaynaq kodlarını incələdi və iki yeni xüsusiyyətin əlavə olunacağını bildirdi.

Google-un Android Mesajlara əlavə etməyi planlaşdırdığı ilk xüsusiyyət  istifadəçilərin kompüterləri üzərindən də qısa mesajlar göndərməsinə imkan tanıyacaq. Eynilə WhatsApp Web kimi işləyəcək bir sistemə sahib olacaq. Bir QR kodu telefona oxutmaqla birdən çox kompüterdən qısa mesajlar göndərilməsi mümkün olacaq.

Google əlavə olaraq Android Mesajlar tətbiqini yeni xüsusiyyətlərlə təchiz edərək WhatsApp Apple iMessages ilə rəqabət edə biləcək səviyyəyə gətirəcəyi deyilir. Daha yüksək keyfiyyətli görüntü göndərilməsi, qarşıdakının yazdığını göstərmə və ünsiyyət tətbiqlərində görməyə alışdığımız bir çox xüsusiyyətin tətbiqə daxil edilməsi gözlənilir.