"Google"ın uzun müddətdir haqqında söhbətlər gedən layihəsi əslində oğurluqdurmu?
"Google" Project Loon olaraq tanınan layihəsiylə, yer üzərində uçan balonlarla dünyanın hər tərəfində internet əlaqəsi yaratmağı planlayıb. Bu həqiqətən, ağılasığmaz bir fikir kimi görünsə də, "Google"ın bunu bacaracağına şübhə yoxdur. Ancaq bu fikir həqiqətən də "Google"a aiddirmi?
Space Data Corporation (SDC), Project Loon ideyasının onlara aid olduğunu və "Google"ın bu fikri onlardan götürdüyünü iddia eliyir. Bu iddianın əsası 2007-ci ilə gedib çıxır. Belə ki, 2007-ci ildə "Google"-dan Larry Page və Sergey Brin və Space Data Corporation səlahiyyətliləri birgə olarkən, "internet balonu" haqqında söhbət etmiş və bu fikri səsləndirən Space Data Corporation'a investisiya qoymaqla müqavilə imzalamışlar. Ancaq, daha sonra "Google" bu informasiyalar əsasında bir prototip yaratmağa başlamışdır.
Buna görə "Google"ın bu layihəni onlardan oğurladığını iddia edən Space Data Corporation, irəliləyən zamanda "Google" ilə məhkəmədə hesablaşacaq kimi görünür. Maraqlıdır, qazanan tərəf kim olacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .