Google Play-dəki tətbiq ölçüləri ciddi nisbətdə azaldılır!

Play Store-da gündən-günə artan tətbiq və oyun ölçülərinə həll yolu tapan Google yeni sıxışdırma üsulu ilə tətbiqləri olduqca kiçik ölçülərə endirəcək. Yeni delta alqoritmi adlanan sistemi istifadə edəcək olan firma Bsdiff adını verdiyi sıxışdırma sistemi ilə tətbiqlərin sıxışdırılaraq yüklənilməsini və ardından telefonda açılaraq əsl ölçülərində qurulmasını təmin edəcək. Yəni bir növ .rar faylını yükləyib sonra isə quraşdırma zamanı faylı çıxararaq quraşdıracaq olan Android telefonlar beləcə tətbiq yükləyərkən və ya yeniləyərkən olduqca kiçik ölçülərdə fayl yükləmiş olacaqlar.


Ayrıca bir başqa yenilik olaraq mağazada tətbiqlərin tam ölçülərini göstərəcək olan Google Play Store bundan əlavə cihazınızda hal-hazırda yüklənmiş olan tətbiqə yeniləmə gəldiyində də tətbiqin haqqında bölməsindən yeniləmənin ölçüsünü görmənizi təmin edəcək. Beləcə əgər bir yeniləmə etmək istəsəniz yaddaşdan neçə MB alacağını görüb ona görə yeniləmə edə biləcəksiniz. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .