Google-dan iPhone-a hədiyyə!

Google, iPhone və iPad üçün hazırladığı inteqrasiya axtarış qabiliyyətlərinə malik yeni klaviaturasını istifadəçilərə təqdim etdi. Firmanın Gboard olaraq adlandırdığı klaviatura normal bir klaviatura kimi çalışır , ancaq sol üstdəki kiçik "G" simvoluna toxunaraq internetdə axtarış etmək mümkündür .   Axtarışın funksiyası sayəsində klaviaturanı bağlamadan GIF, xəbər, uçuş saatı kimi məlumatları axtarıb yoldaşınızla paylaşa bilərsiniz. Beləcə Safari ilə mesajlaşma tətbiqiniz arasında qalaraq zaman itirməmiş olursunuz. Gboard, hər hansı bir iOS tətbiqiylə işləyə bilir.   Yeni tətbiq mesajlaşma proqramlarında Emoji tapmağı da asanlaşdırır. Emojileri tapmaq üçün axtardığınız emojinin adını yazmağınız yetərlidir .Klaviatura Glide Typing xüsusiyyəti sayəsində barmağınızı qaldırmadan hərflər üzərində gəzdirərək yazı yazmağa icazə verir.   Hal hazırda yalnız ABŞ üçün təqdim edildiyi deyilən tətbiq Google'un verdiyi məlumata görə yaxında daha çox dili dəstəkləyəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .